E-ticarət Təlim & İnkubasiya Proqramı

Sıfırdan e-ticarət biznesinizi qurun və 30,000 ₼ mükafat fondu uğrunda yarışın.

TƏŞKİLATÇILAR VƏ PARTNYORLAR

ecom X nədir?

eCom X — Azərbaycanda e-ticarət sahəsində inqilab yaratmaq üçün hazırlanmış 3 aylıq bir təlim proqramıdır. Bakı, Gəncə, Sumqayıt və Lənkəran daxil olmaqla, ölkənin hər yerindən insanlar üçün əlçatan olan bu proqram, sıfırdan başlayaraq öz onlayn mağazanızı yaratmağa imkan verir. 

E-ticarətin əhəmiyyəti

E-ticarət, Azərbaycanda sahibkarlığın yeni qapılarını açır. Son statistikaya görə, qlobal e-ticarət 2023-cü ildə 6.3 trilyon dollara çatıb və bu artım davam edir. Azərbaycanın iqtisadiyyatının rəqəmsallaşmasına töhfə verəcək eCom X, startap ekosistemini gücləndirəcək və yerli biznesləri qlobal bazarlara çıxaracaq.

Mərhələlər

6 ay ərzində 4 hissədən ibarət unikal proqram

Təlim →

Sıfırdan e-ticarət biznesini öyrənərək, öz mağazanızı açın.

İdeathon →

E-ticarət layihənizi təqdim edərək, əsaslandırın.

İnkubasiya →

İdeathondan seçilən 16 layihə, 3 aylıq inkubasiya proqramına qəbul edilir.

30 000 ₼

Ən uğurlu layihələr mükafat fondundan dəstək alacaqlar.

Təlimçi və Mentorlarımız

Proqramın Təlimçi və Mentorları e-ticarət, markerinq və loyallıq sahəsində uzun illər təcrübəsi olan şəxslərdir.

Orxan Əhmədov

BonPara / Kofe.al
E-ticarət Həlləri

Samir Mehdiyev

Marketinq və PR
Konsultant

Fərid Məhərrəmli

BRANMAKER.AZ
Bir klikə onlayn mağaza

Rəşad Nəzərli

CibPay
Onlayn Ödəniş həlləri

Rafael Salmanov

Imalion 
Marketing və PR şirkəti

Orxan İsayev

WORLDEF
Vice President

Sual – Cavab

Proqram haqqında tez-tez verilən suallar.

eCom X, Azərbaycanda e-ticarət biznesi qurmaq istəyənlər üçün hazırlanmış 3 aylıq təlim proqramı və növbəti addımda Azərbaycanın ilk E-ticarət İnkubasiya proqramıdır. Sıfırdan başlayaraq e-ticarət mağazanızı yaratmağı öyrənəcəksiniz.

Proqrama qeydiyyat üçün “Qeydiyyatdan Keç” düyməsinə basın və tələb olunan məlumatları doldurun. Qeydiyyat üçün son tarix 31 Oktyabr 2024 və davam edir.

Təlim və inkubasiya proqramları təmamilə ödənişsizdir və E-ticarətə başlamaq istəyən hər kəs qoşula bilər.

Bəli, təlimlər həm canlı, həm də onlayn keçiriləcək, beləliklə, proqramda Bakı və digər bölgələrdən iştirak edə bilərsiniz.

Proqram e-ticarətin əsaslarından başlayaraq rəqəmsal marketinq, satış strategiyaları, ekoloji həllər və davamlılıq kimi mövzuları əhatə edəcək.

Bəli! Proqram sıfırdan başlayır, beləliklə təcrübəsi olmayanlar üçün də uyğundur. Biz sizə bütün lazımi bilikləri verəcəyik.

İdeathon proqramın sonunda keçiriləcək və iştirakçılar öz e-ticarət layihə ideyalarını təqdim edəcəklər. Ən yaxşı 16 layihə seçilərək inkubasiya proqramına qoşulacaq.

İnkubasiya proqramı 3 ay davam edəcək və iştirakçılara bizneslərini inkişaf etdirmək və onlayn mağazalarını tam funksional şəkildə istifadəyə vermək üçün əlavə dəstək verəcək. İnkubasiya sonunda 30,000 AZN mükafat fondu qazanmaq imkanı olacaq.

Təlim proqramı COP29 konfransı ilə harmoniyada aparılacaq. Yaşıl həllər, karbon izi idarəetməsi və davamlı biznes modelləri haqqında öyrənəcəksiniz.

Təlimlər Azərbaycan dilində keçiriləcək.

Təlimlər E-ticarət, Marketing, Rəqəmsal biznes, Startap və Loyallıq proqramları sahələrində mütəxəssis olan təlimçilər və mentorlar tərəfindən həyata keçiriləcək.

30,000 AZN-lik mükafat fondu inkubasiya proqramında iştirak edən 16 layihə arasından seçilən, inkubasiya dövründə ən yüksək nəticələr göstərmiş 3 layihə arasında bölünəcək. İştirak edən hər layihənin, potensial mükafat qazanmaq şansı var.

Onlayn biznes

qurmağı öyrən!

Onlayn biznesinizi qurmaq üçün mükəmməl fürsət. Proqrama qeydiyyatdan keçin və e-ticarət sahəsində uğur qazanın. 30,000 AZN mükafat fondu sizi gözləyir.