
Azərbaycanda ilk dəfə keçirilən ecomX E-ticarət təlim proqramının birinci mərhələsi uğurla başa çatdı
Azərbaycanda ilk dəfə təşkil olunan və 3 ay davam edən ecomX e-ticarət təlim və inkubasiya proqramının ilkin mərhələsi uğurla yekunlaşıb. Proqram çərçivəsində Bakı, Gəncə, Sumqayıt və Lənkəran şəhərlərindən 180-dən artıq iştirakçı e-ticarət sahəsində ixtisaslaşmış yerli və beynəlxalq təlimçilərdən praktiki bilik və bacarıqlar əldə ediblər. Təlim sessiyalarında iştirakçılara məhsul seçimi, onlayn mağazaların yaradılması və idarə olunması, rəqəmsal marketinq strategiyaları, eləcə də e-ticarət […]